İndoneziyada balıqçı qayığı aşıb - 17 nəfər itkin düşüb

 16:58 04.04.2021     2793

İndoneziyada xilasedicilər quru yük gəmisinin balıqçı qayığı ilə toqquşması nəticəsində itkin düşən 17 nəfəri axtarır.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli xilasetmə xidmətlərinə istinadən bildirib.

Məlumata əsasən, balıqçı qayığı heyətinin 15 üzvü təxliyyə edildi, onları xilasetmə gəmisi götürüb.

Daha 17 nəfər qayıqdan düşüb və hələ də itkin düşənlərin siyahısındadır.

Həm quru yük gəmisi, həm də balıqçı qayığı İndoneziya bayrağı altında hərəkət edib. //Trend.az