Pentaqon “hərbi sıçrayış” üçün yeni texnologiyalar axtarır

 17:31 04.04.2021     294

ABŞ Müdafiə Nazirliyinin texnoloji bölməsi innovativ yeniliklərin yaradıcıları ilə virtual görüş keçirəcəyini bəyan edib.

Redaktor.az xəbər verir ki, görüş zamanı ən maraqlı layihələrin seçilərək qiymətləndirilməsi nəzərdə tutulur.

Pentaqondan yayılan bəyanatda, yeni texnologiyaların 2028-ci ildən gec olmayaraq, ABŞ-ın hərbi sahədəkı sıçrayışını təmin etməli olduğu bildirilib.

Ekspertlərin fikrincə, görüş zamanı 5G, süni intellekt, hipersəs, kvant, kiber və kosmik texnologiyalar diqqət mərkəzində olacaq. //Oxu.az