Tbilisi meri xəstəxanadan buraxılıb

 20:20 04.04.2021     146

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Redaktor.az xəbər verir ki, o, özünü yaxşı hiss edir və müalicəsini evdə davam etdirəcək.

K.Kaladze xarici ölkədə müalicə keçməyi planlaşadırmadığını bildirib.

Xatırladaq ki, Tbilisi meri martın 26-dan vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu ilə klinikada müalicə alıb. Yekun diaqnoz isə işemik genezli koxlear-vestibulyar disfunksiya olub. //Report.az