Myanmada öldürülənlərin sayı 564-ə çatıb

 20:36 04.04.2021     173

Myanmada etiraz aksiyalarının iştirakçıları və güc strukturları əməkdaşları arasında toqquşmalar nəticəsində ölənlərin sayı 564 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının saytındakı xəbərdə deyilir.

"Aprelin 4-ə olan məlumata əsasən çevriliş nəticəsində 564 insan öldürülüb", - məlumatda deyilir. Assosiasiyanın məlumatına görə, hazırda 2 667 nəfər həbsdədir, 38 insan həbs cəzasına məhkum edilib.

Cümə günü "The Irrawaddy" qəzeti “Save the Children” beynəlxalq xeyriyyəçilik fonduna istinadən bildirib ki, Myanmada həddi-buluğa çatmamış azı 43 nəfər polisin hərəkətləri və hərbçilərin dövlət əleyhinə nümayişlərin dağıdılması zamanı həlak olub. //Report.az