Fransalı milyonçu döyülərək qarət olunub

Fransalı milyonçu, siyasətçi və ictimai xadim Bernar Tapi həyat yoldaşı ilə birlikdə döyülərək qarət olunub.
Redaktor.az məlumat verir ki, hadisə ailənin Paris ətrafındakı Komb la-Vil qəsəbəsindəki evində baş verib.
Yayılan xəbərlərə görə, cinayətkarlar gecə saatlarında milyonçunun evinə daxil olublar. Bu zaman Tapi və həyat yoldaşı yatmış olub, lakin səs-küyə ayılıblar.
Soyğunçular ev sakinlərini döyərək əl-qolunu bağlayıblar.
Qarətçilərin dörd nəfər olduğu bildirilib. //Oxu.az