ABŞ-da atışma olub - Ölən və xəsarət alan var

 02:20 05.04.2021     67

ABŞ-ın Virciniya-Biç şəhərində (Virciniya ştatı) baş verən atışma nəticəsində ən az bir nəfər ölüb, ikisi ağır yaralanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə "CNN" telekanalı yerli polisə istinadən bildirib.

Məlumata əsasən, ötən gün axşam saatlarında polisə atışma barədə məlumat daxil olub. Hadisə yerində bir nəfər ölü və iki nəfər ağır yaralı şəxs aşkar edilib.

Yaralananlar xəstəxanaya aparılıb. //Trend.az