Seçkilərdə hakim partiya qalib gəlir - Bolqarıstanda

Bolqarıstandakı parlament seçkilərində hakim “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı” partiyasının irəlidə olduğu açıqlanıb.
Redaktor.az bildirir ki, bu barədə ölkənin ictimai televiziyası ekzit-pol nəticələrinə əsasən məlumat yayıb.
Bildirilib ki, Baş nazir Boyko Borisovun lideri olduğu partiya səslərin 25%-ni əldə edib.
Qeyd edək ki, səsvermədə 22 partiya və 6985 namizəd iştirak edib.
Xatırladaq ki, Bolqarıstanda son parlament seçkiləri 2017-ci ilin martın 26-da keçirilib. O zaman səslərin 33%-ni hakim partiya qazanıb. Sosialist partiyası isə ikinci olub. //Oxu.az