İtaliyada daha 326 nəfər ölüb - COVID-19

İtaliyada son gündə koronavirusa 18 025 yoluxma faktı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 326 nəfər COVID-19-dan ölüb.
İtaliyada koronavirusa yoluxanların ümumi sayı 3 668 264, ölənlərin sayı isə 111 030 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az