Oyun meydançasında uşaqlara atəş açılıb - Rusiya

 10:31 06.04.2021     1491

Rusiyanın Leninqrad vilayətinin Kinqisepp şəhərində naməlum şəxs uşaq meydançasında uşaqlara atəş açıb.

Redaktor.az xəbər verir ki, hadisə zamanı 10 yaşlı uşaq boyun nahiyyəsindən yaralanıb. Xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olub. Hadisə barədə polis əməkdaşlarına xəstəxana nümayəndələri məlumat veriblər.

Faktla bağlı yerli polis araşdırmaya başlayıb.