İranda daha 172 nəfər koronavirusdan ölüb

 16:28 05.04.2021     82

İranda ötən 24 saat ərzində 172 nəfər koronavirusdan ölüb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 63332 nəfərə çatıb.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1945964 nəfərə yüksəlib.  

O qeyd edib ki, İranda ötən sutka ərzində 13890  nəfər koronavirusa (COVID 19) yoluxub. //APA