ABŞ BCM-nin iki üzvünü sanksiya siyahısından çıxarıb

 08:30 06.04.2021     53

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki əməkdaşını keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən ötən ilin sentyabr ayında əlavə edildikləri sanksiya siyahısından çıxarıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, sanksiya siyahısından BCM-nin prokuroru Fatu Bensuda və BCM-nin şöbə rəisi Fakiso Moçoçoko çıxarılıb.

Xatırladaq ki, aprelin 2-si ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tətbiq edilmiş sanksiyaların ləğv edildiyini açıqlamışdı. //Trend