Dünyada ötən sutka koronavirusa yoluxanların SAYI

 22:44 05.04.2021     212

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 561 mindən çox artıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 561,783 nəfər yeni koronavirusa yoluxub, 8196 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 131,020,967, ölənlərin isə 2,850,521 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır. //Trend