İtaliyada sonsutkada 10,680 nəfərdə COVID-19 aşkarlanıb

 23:16 05.04.2021     71

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 10 680 nəfərin yoluxduğu təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 296 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 111 326 nəfərə çatıb. Ölkədə hazırda 570 096 aktiv koronavirus xəstəsi var, onlardan 3737-si ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3,678,944 nəfərdən 2,997,522 (son sutkada 9323 nəfər) sağalıb. //APA