SON DƏQİQƏ: Rusiya tankları Donbassa daxil olur - GÖRÜNTÜLƏR YAYILDI / FOTO

 12:32 06.04.2021     1456

Rusiya Ukrayna ilə sərhəd xəttinə minlərlə əsgər, yüzlərlə tank və S-400 raketləri cəmləşdirib.

Redaktor.az xəbər verir ki, beynəlxalq xəbər agentlikləri bu hadisəni "Müharibə başlayır", "Dünya müharibəsinə az qalıb" başlıqları ilə dərc ediblər.

Məlumata görə, Rusiya Ukrayna sərhədinə minlərlə hərbçi göndərib. Ukraynanın Baş Qərargah rəisi Ruslan Homçak Rusiyanın təlim adı altında bölgəyə 25 batalyonun göndərdiyini bildirib.

Ukrayna mediası Donbassa doğru gedən Rusiya konvoylarının görüntülərini yayımlayıb. Görüntülərdə top batareyaları xüsusən diqqət çəkir.

Rusiya mediasında əks olunan görüntülərdə isə yüzlərlə tank və zirehli texnikanın, habelə S-400 raketdən müdafiə sistemlərinin Ukrayna sərhədinə aparıldığı öz əksini tapıb.

Orxan İsmayıl / Redaktor.az

22222