Səhiyyə Nazirliyi Rəmişin ölüm səbəbini AÇIQLADI

 13:16 06.04.2021     624

Səhiyyə Nazirliyi Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) arvadı Gülü Hüseynovanın bu gün jurnalistlərə özünün və həyat yoldaşının koronavirusa yoluxmadığı ilə bağlı açıqlamasına münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, qurumdan Oxu.Az-a bildirilib ki, o, COVID-19-dan vəfat edib:

“Bakı Sağlamlıq Mərkəzinin direktorunun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən xalq artisti koronavirusdan dünyasını dəyişib”.

Vumart və Güvən reklamı Vumart Güvən