Ölənlərin sayı 3 milyonu keçdi - COVID-19 getdikcə daha çox yayılır

 13:55 06.04.2021     247

Dünyada yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 3 milyonu keçib.

Redaktor.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, son 3 ayda 1 milyondan artıq insan COVID-19-dan vəfat edib. Mütəxəssislər bunun səbəbini Braziliya və Hindistan kimi ölkələrdə yoluxma və ölüm hallarının çoxalması ilə əlaqələndirirlər.

Digər tərəfdən, virusun mutasiyaya uğramış növləri də bu mənfi tendensiyaya kömək edir.

Avropada ümumilikdə 1,1 milyon insan COVID-19-un qurbanı olub. Burada ölümlərin 60 %-i İngiltərə, Rusiya, Fransa, İtaliya və Almaniyanın payına düşür.

ABŞ-da sözügedən infeksiyanın qurbanlarının sayı 555 mindən artıqdır. Bu isə bütün ölüm hallarının 19 %-i deməkdir.

Orxan İsmayıl / Redaktor.az