İlon Mask bir gündə 6 milyard dollar qazandı

 17:19 06.04.2021     87

Tesla və SpaceX kompaniyalarına rəhbərlik edən amerikalı sahibkar İlon Mask ABŞ-ın elektrik avtomobilləri istehsalçısının aksiyalarının bahalaşması nəticəsində sutka ərzində 6 milyard dollar varlanıb.

Redaktor.az xəbər verir ki, “Forbes” jurnalının tərtib etdiyi “Real-Time” reytinqinə əsasən hazırda İlon Maskın sərvəti 169,8 milyard dollar təşkil edir. O, kapitalı 188,6 milyard dollar həcmində qiymətləndirilən “Amazon” kompaniyasının banisi Ceff Bezosdan sonra reytinqin ikinci pilləsində qərarlaşıb.

İlon Maskın sərvətinin böyük hissəsi Tesla paketinin payına düşür. Belə ki, kompaniyanın aksiyalarının 21 faizi ona məxsusdur.

Qeyd edək ki, aprelin 5-də keçirilən hərraclarda kompaniyanın səhmləri 4,4 faiz bahalaşaraq 691,05 dollara çatıb. Bununla yanaşı, ilkin hərracların gedişində bu göstərici 8 faizə yüksəlmişdi. Ötən həftə Tesla ilin birinci kvartalda istehsalatın və çatdırılmaların demək olar ki, iki dəfə artması barədə hesabatını dərc etmişdi. //AZƏRTAC