Gürcüstan prezidenti özünü təcrid etdi

Gürcüstan prezidenti Salome Zurabişvili özünütəcrid rejiminə keçib.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, dövlət başçısına vaksinin ilk dozasının vurulmasına baxmayaraq, risklər mövcuddur: "Mövcud protokola uyğun olaraq prezident PCR testdən keçirilir".
Qeyd edək ki, S.Zurabişviliyə koronavirus əleyhinə peyvəndin ilk dozası martın 18-də vurulub. //Report.az