İstanbulda silahlı insident - Ölənlər və yaralananlar var / VİDEO

İstanbulun Kartal rayonunda vəkil bürosunda miras məsələsində anlaşılmazlıq yaşayan ailə üzvləri arasında yaranan mübahisə ölümlə nəticələnib.
Redaktor.az xəbər verir ki, Ahmet Salih Belginer adlı şəxs ailə üzvlərinə atəş açıb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Məlumata görə, S.Belginer öldürdüyü şəxslərin yaxın qohumu olub. O, Yalovada polis tərəfindən ələ keçirilib. //Qafqazinfo.az