Meksikada iki avtobus toqquşub - Ölənlər və xəsarət alanlar var

 00:15 07.04.2021     93

Meksikanın şimalındakı Sonora ştatında iki avtobusun toqquşması nəticəsində 16 nəfər ölüb, 13 sərnişin müxtəlif xəsarətlər alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “El Universal” qəzeti öz saytında bildirib.

Hadisə regionun şimal-qərbində olub. Turistlərin olduğu avtobusla dağ-mədən müəssisəsinin işçilərini daşıyan xidməti avtobus Kaborka və Sonoyota şəhərləri arasındakı yolda toqquşublar.

Yol-nəqliyyat hadisəsinin səbəbləri haqqında məlumat verilmir. Ştat hakimiyyəti hadisənin başvermə şəraitini müəyyənləşdirməyə başlayıb.

Daha əvvəl hadisə zamanı 13 nəfərin həlak olduğu bildirilib.