Türkiyəyə gündəlik yoluxma rekord həddə çatıb

 21:50 06.04.2021     83

Türkiyədə koronavirusla bağlı son sutkaya olan vəziyyət açıqlanıb.

Redaktor.az xəbər vderir ki, bu gün 211 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 271 min 547 koronavirus testi aparılıb, onlardan 49 min 584-ü müsbət çıxıb.

Ağır xəstə sayı 2 min 477-yə yüksəlib.

28 min 498 nəfər müalicə olunaraq, koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 159 min 475-ə çatıb.

//Qafqazinfo