Prezident ölən hərbçilərin sayını açıqlayıb - Donbas

 22:26 06.04.2021     102

Ukrayna prezidenti Vladimir Zelenski 2020-ci ilin iyulunda Donbasda atəşkəs elan ediləndən bəri 28 Ukrayna hərbçisinin öldüyünü bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb. V.Zelenski bildirib ki, ölən hərbçilərdən 24-ü bu il həlak olub.

“Atəşkəs rejimi dövründə atışmalar səbəbindən Donbasda 28 hərbçi ölüb. Onlardan 24-ü bu il həlak olub. Təkcə martın 26-dan indiyədək 8 hərbçimizi itirmişik. Müharibənin hər günü bizə Ukraynanın gələcəyini qurmalı olan cəsur, vətənpərvər insanların həyatı bahasına başa gəlir”. //Qafqazinfo.az