Səyahət üçün peyvənd pasportu tələb olunacaq? - ÜST-dən açıqlama

 08:30 07.04.2021     90

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə səyahət etmək üçün peyvənd pasportlarının tələb olunmasını dəstəkləmir.

Redaktor.az xəbər verir ki, bu barədə ÜST-nın mətbuat katibi Marqaret Harris məlumat verib:

"Ölkələrə giriş və çıxış zamanı peyvənd pasportunun tələb olunması fikirlərini dəstəkləmirik. Çünki hazırda vaksinin virusun yayılmasının qarşısını alıb-almadığına əmin deyilik. Bu, eyni zamanda fərqli səbəblərə görə vaksinasiyadan keçməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq".