Silvio Berluskoni xəstəxanaya yerləşdirilib

 14:02 07.04.2021     280

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.

Redaktor.az-ın məlumatına görə, 84 yaşlı siyasətçi Milandakı San Rafaelle xəstəxanasına helikopterlə gətirilib.

Qeyd edək ki, S. Berluskoni bir neçə ilə əvvəl ağır ürək əməliyyatı keçirib. O, ötən ilin sentyabrında yeni növ koronavirus infeksiyasına yoluxub və son aylarda bir neçə dəfə xəstəxanaya yerləşdirilib. //APA