İran tam qapanmaya gedə bilər

 17:44 07.04.2021     170

İranın Səhiyyə Nazirliyi koronavirusun dördüncü dalğasının başladığını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi bugünkü mətbuat konfransında hökumətdən zəruri sahələr istisna olmaqla, ölkə üzrə iki həftəlik qapanma qərarının verilməsini istəyib.

O bildirib ki, artıq ölkənin bütün əyalət mərkəzləri və şəhərlərin 85 faizi koronavirusun təhlükəsilə bağlı təsnifata görə “qırmızı” və "narıncı” bölgələr hesab edilir.

Nazir müavini bildirib ki, bu xəbərdarlığa əməl edilməsə, gündəlik ölüm sayı 600-ü keçə bilər. //APA