SON DƏQİQƏ: Türkiyədə hərbi təyyarə qəzaya uğradı - FOTO

Türkiyənin Konya əyalətinin Karatay rayonunda NF-5 tipli hərbi təyyarə qəzaya uğrayıb.
Redaktor.az bu barədə "Milliyət"ə istinadən xəbər verir.
Qəza yerli vaxtla saat 14:15-də baş verib. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib. İlkin məlumatlara əsasən, pilot dünyasını dəyişib.
Orxan İsmayıl / Redaktor.az

