İranda daha 193 nəfər koronavirusdan ölüb

 16:42 07.04.2021     70

İranda ötən 24 saat ərzində 193 nəfər koronavirusdan ölüb.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, beləliklə, İranda bu virusdan ölənlərin sayı 63 699 nəfərə çatıb.

S.Sadat Lari bildirib ki, ölkədə ötən sutka ərzində 20 954 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 1 98 4348 nəfərə yüksəlib. //APA