Şahzadə ikinci dəfə evlənir

 03:50 08.04.2021     162

34 yaşlı Lüksemburq şahzadəsi Lui ikinci dəfə evlənməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu haqda kral sarayı məlumat yayıb.

"Şahzadənin oğlu Luinin nişanlanma xəbərini sevinc hissi ilə yayırıq. O, Skarlet Loren Sirqlə ailə qurmağa hazırlaşır", - deyə xəbərdə qeyd edilib.

Lui Lüksemburq hersoginiyası Anri və Marii-Terezanın beş övladından biridir. O, kral taxtının varislərindən deyil. Buna səbəb bir neçə il əvvəl bundan imtina etməsi olub.

Lui 2006-cı ildə Tessi Antoni adlı xanımla ailə qurub. Onların iki oğlan övladı dünyaya gəlib, 2017-ci ildə rəsmi boşanıblar. Tessi də hazırda ikinci dəfə ailə qurmağa hazırlaşır. //Axşam.az