Britaniyada son sutkada 2763 nəfərdə koronavirus aşkarlanıb

 22:49 07.04.2021     286

Böyük Britaniyada son sutka ərzində 2763 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,367,291 nəfərə çatıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 45 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126,927 nəfərə çatıb. //APA