Türkiyədə COVID-19-a sutkalıq yoluxma sayı artıb

 23:48 07.04.2021     64

Türkiyədə koronavirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

Redaktor.az-ın məlumatına görə, ölkədə 54,740 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu infeksiyadan 276 nəfər həyatını itirməklə, sutkalıq ölüm sayı da rekord həddə çatıb.

Hazırda 2604 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32,943 nəfər təşkil edir. //APA