Ordu Putindən əmr gözləyir - Ukrayna ilə bağlı PLAN

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı jurnalistlərə açıqlama verib.
Redaktor.az-ın məlumatına görə, Peskov, Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə nə qədər qalacağı məsələsini Vladimir Putinin müəyyən edəcəyini bildirib.
"Bizim ordumuz Rusiya torpaqlarında lazımlı yerdədir, baş komandanımız və hərbi rəhbərliyimiz tərəfindən uyğun hesab edildiyi müddətdə orada qalacaq", - deyə D.Peskov qeyd edib.
Dmitri Peskov ölkəsinin təhdid yaratmadığını, yalnız öz ərazilərində müəyyən tədbirlər gördüyünü dilə gətirib.
Qeyd edək ki, Ukraynanın Baş Qərargah rəisi Ruslan Homçak martın 30-da parlamentdəki çıxışı zamanı Rusiya Silahlı Qüvvələrinin hərbi təlimlər bəhanəsi ilə Ukrayna sərhədlərinə qoşun göndərdiyini açıqlayıb.
Orxan İsmayıl / Redaktor.az