Robert Koçaryan Paşinyanı məhkəməyə verib

 15:00 08.04.2021     142

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Redaktor.az bildirir ki, bu barədə Ermənistanın məhkəmə məlumat sistemində qeyd olunub.

İddia məhkəməyə aprelin 7-də daxil olub. İddiaya İrəvan məhkəməsində hakim Artur Mkrtçyanın sədrliyi ilə baxılacaq.

İddiada R. Koçaryanın ədalətli məhkəmə araşdırması hüququnun pozulması göstərilib, pozuntu nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, böhtan atmaqla ona qarşı səsləndirilən ifadələrin təkzib edilməsi tələb olunur. //APA