İsrailə getmək istəyən turistlər üçün yeni QAYDALAR

 22:58 08.04.2021     101

İsrail xarici vətəndaşlar üçün ölkəyə yeni giriş qaydaları tətbiq edib.

Redaktor.az xəbər verir ki, ölkənin Turizm Nazirliyinin mətbuat xidməti yeni qaydaların qüvvəyə mindiyini açıqlayıb.

Qeyd edilir ki, İsrail sərhədləri xaricdə olan və İsraildə birinci dərəcəli qohumları olan vətəndaşlar və ya daimi sakinlər üçün açıqdır. Vətəndaşlıqlarından asılı olmayaraq onlar həyat yoldaşları və övladları ilə ora getmək hüququna malikdirlər.

Bundan əlavə, əcnəbilər ölkəyə həmçinin birinci dərəcəli qohumları (vətəndaşlar və ya daimi sakinlər) İsraildə yaşayan həyat yoldaşları və uşaqları ilə də daxil ola bilərlər.

Həmçinin, İsrailə getmək istəyən bütün əcnəbilər peyvənd olunmaları və koronavirusdan sağalmaları ilə bağlı sənəd təqdim etməlidirlər (bir yaşınadək körpələr istisna olmaqla). Qohumluğun təsdiqi əhalinin reyestri yoxlanılaraq həyata keçiriləcək.

Əvvəllər olduğu kimi, xarici vətəndaşların ölkəyə girişi üçün yola düşmədən 72 saat əvvəl verilən mənfi nəticəli PCR testi tələb edilir.

Gəlişdən sonra koronavirus müalicəsi daxil olmaqla tibbi sığortanı təqdim etmək lazımdır. Eyni zamanda, özünütəcrid də tələblərə daxildir. //Oxu.az