Türkiyədə yoluxanlarla bağlı son STATİSTİKA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 258 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 55,941 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 37,914 nəfər sağalıb, ağır xəstə sayı isə 2615 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 3,689,866 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3,232,892 nəfər sağalıb, 33,201 nəfər isə ölüb.