ABŞ-da güclü zəlzələ olub

 09:39 09.04.2021     1002

ABŞ-ın Alyaska ştatında 5.7 bal gücündə zəlzələ baş verib.

Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 17.10-da qeydə alınan zəlzələnin episentri Kantvell qəsəbəsindən 27 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanın ocağı 77,7 kilometr dərinlikdə olub.

İtkilər və dağıntılar barədə məlumat, eləcə də sunami xəbərdarlığı verilməyib. //APA