İtaliyada daha 487 nəfər ölüb - COVID-19

 11:24 09.04.2021     439

İtaliyada son gün ərzində koronavirusa 17 221 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 487 nəfər COVID-19-dan ölüb.

İtaliyada koronavirusa yoluxanların ümumi sayı 3 717 602, ölənlərin sayı isə 112 861 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az