Türkiyə ən müasir raketini sınaqdan keçirdi - VİDEO

 13:30 14.04.2021     397

Türkiyədə yerli istehsal olan ilk "hava-hava" tipli raketin sınağı keçirilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində paylaşım edib.

O, "Bozdoğan" raketinin ilk sınağının uğurla həyata keçdiyini qeyd edib:

"Gənc mühəndislərimizin "Göktuğ" layihəsi çərçivəsində hazırladığı hava-hava tipli "Bozdoğan" raketimiz ilk atışda hədəfi tam dəqiqliklə vurub".