Türkiyə ordusu şəhid verdi - SON DƏQİQƏ

 09:25 15.04.2021     443

İraqın şimalındakı Başika bölgəsində baş verən terror hücumu nəticəsində Türkiyə ordusunun əsgəri şəhid olub.

Redaktor.az bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, Başika bölgəsinə gecə saatlarında hava zərbələri endirilib. Atılan 3 raketdən biri hərbi bazaya, ikisi isə kəndə düşüb.

Orxan İsmayılov / Redaktor.az