Fransada ölənlərin sayı 100 minə çatıb - COVID-19

Fransada ötən gün koronavirusa 43 505 yoluxma faktı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 297 nəfər COVID-19-dan ölüb.
Fransada koronavirusa yoluxanların ümumi sayı 5 149 834, ölənlərin sayı isə 99 805 nəfərdir.
Orxan İsmayılov / Redaktor.az