Baltikyanı ölkələrin XİN başçıları Ukraynaya səfər edib

 11:46 15.04.2021     79

Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Ukraynaya səfər ediblər.

Redaktor.az bildirir ki, Baltikyanı ölkələrin XİN başçılarının səfəri Ukraynaya dəstək məqsədi daşıyır.

Estoniya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü bildirib ki, nazirlər ukraynalı həmkarları Dmitri Kulebanın dəvəti ilə Ukraynaya gediblər. 

“Səfərin məqsədi Rusiya Federasiyasının sabitliyi pozan fəaliyyətləri kontekstində Estoniya, Latviya və Litvanın Ukrayna ilə həmrəyliyini bir daha təsdiqləmək, Ukraynaya dəstək göstərmək və vəziyyətə hərtərəfli baxış keçirməkdir”, - Estoniya XİN-in sözçüsü qeyd edib. //APA