Türkiyə və Yunanıstan XİN başçıları görüşüb

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Dendiasla görüşüb.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Yunanıstan XİN başçısı “Twitter”də bildirib.
Görüşdə ikitərəfli münasibətlər, Aİ-Türkiyə əlaqələri, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Qeyd edək ki, Ankarada səfərdə olan Yunanıstan XİN başçısını Türkiyə prezidenti qəbul edib.