Toivo Klaar Paşinyanla görüşüb

 19:54 15.04.2021     287

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Redaktor.az-ın xəbərinə görə, görüş Aİ nümayəndəsinin Ermənistana səfəri çərçivəsində baş tutub. 

Görüş zamanı Toivo Klaar Avropa İttifaqının Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əhəmiyyət verdiyini və müvafiq atmosferin formalaşmasına mane olan mövcud problemlərdən narahat olduğunu bildirib. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən