Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

 20:53 15.04.2021     143

Türkiyədə son sutkada 61,400 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4,086,957 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 297 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 35,031 nəfərdir.

Hazırda ölkə üzrə 516,886 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3080 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3,535,040 nəfər (son sutkada 54,894 nəfər) müalicə olunaraq sağalıb. //APA

2