SON DƏQİQƏ: ABŞ-da silahlı hücum - 8 nəfər öldü / YENİLƏNİB

İndianapolisdə baş verən silahlı hücum nəticəsində 8 nəfər ölüb.
Redaktor.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Yaralıların sayının onlarla olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb olunub.
Məlumata görə, hücum təxminən 4500 nəfərin çalışdığı "FedEx" şirkətində qeydə alınıb. Hadisə şahidləri ardıcıl olaraq silah səsləri eşitdiklərini qeyd ediblər.
*********
Transfer, yük və logistika xidmətləri göstərən "FedEx" şirkətinin İndianapolisdəki mərkəzinə silahlı hücum edilib.
Redaktor.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
İlkin məlumatlara əsasən, çoxlu sayda ölən və xəsarət alan var.
Polis hadisəni "kütləvi qətliam" olaraq dəyərləndirib.
Orxan İsmayılov / Redaktor.az
