“Rəqs edən milyonçu” göz yaşlarını saxlaya bilmədi - FOTO

 13:29 16.04.2021     262

“Rəqs edən milyonçu” kimi məşhurlaşan 53 yaşlı Canluka Vakki canlı yayımda göz yaşlarını saxlaya bilməyib.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrin aktiv istifadəçisi olan Canluka bildirib ki, qızı “canavar ağzı” ilə doğulub. Bu səbəbdən əməliyyat olunduğunu deyib:

“Bu haqda danışanda göz yaşlarımı saxlaya bilmirəm. Qızımın ağız nahiyəsində ağır əməliyyat keçirilib, “canavar ağzı” tikilib. Bizim üçün ağır günlərdir, 5 aylıq uşaq bu ağrılara necə dözə bilər?! Mən fəxr edirəm ki, bu balacanın atasıyam”.

Aysel Hacıyeva / Redaktor.az

22