Ərdoğan İsrailin Qəzzanı bombalamasını pisləyib

 15:50 16.04.2021     127

“Təəssüf ki, İsrailin müsəlmanlara qarşı davranışı İslam düşmənçiliyinin göstəricisidir. Biz də bunu bilirik”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağını bombalamasına münasibət bildirərkən deyib.

İstanbulda cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı söyləyib ki, İsrail rəhbərliyi bu davranışından əl çəkmir: “İsrail bu davranışını davam etdirənədək ikitərəfli əlaqələrimizin müsbət istiqamətdə davam edə biləcəyini düşünmürük”. //Report.az