Qazaxıstanda “SU30-SM” qırıcısı qəzaya uğrayıb

 21:30 16.04.2021     440

Qazaxıstanda təlim uçuşları zamanı SU30-SM qırıcısı eniş edərkən qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə Balxaşdakı (Karaqanda vilayəti) aviasiya mərkəzinin ərazisində baş verib:

“Heyət nəfərləri katapult ediblər, hazırda həkim nəzarəti altındadırlar. Hadisə yerinə xüsusi komissiya göndərilib”. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən