ÜST pandemiya ilə bağlı son statistikanı açıqlayıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 804 mindən çox artıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, ötən sutka ərzində 804,807 nəfər yeni koronavirusa yoluxub, 12,955 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 138,688,383, ölənlərin isə 2,978,935 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.