Rza Zərrab Hadisə ilə eşq yaşayıb - İDDİA

 17:16 17.04.2021     356

Türkiyəli məşhur müğənni Ebru Gündəş 2010-cu ildə evləndiyi azərbaycanlı iş adamı Rza Zərrabdan boşanmaq üçün məhkəmə iddiasında ərinin başqa qadınlarla münasibətdə olduğunu bildirib. O, buna həm qızının, həm də qızının dayəsinin şahid olduğunu, özünün də başqa mənbələrdən öyrəndiyini deyib.

Redaktor.az-ın məlumatına görə, “Hürriyet”in müxbiri İsmail Bayrak Gündəşin bəhs etdiyi qadının proqramda bir yerdə münsif olduğu tanınmış türkiyəli müğənni Hadisə olduğunu bildirib. Məlumata görə, Hadisə ilə Zərrab ABŞ-da dəfələrlə bir yerdə görünüblər. Cütlüyün sonuncu dəfə 2019-cu ildə ABŞ-a gedərək orada görüşdüyü bildirilib.

Hadisə ABŞ-dan qayıdarkən məşhur brendlərdən geyimlərini paylaşmışdı. Bu paltarların Rza Zərrab tərəfindən hədiyyə edildiyi deyilir.

Hadisənin “Küçük bir yol” mahnısının klipində geyindiyi 146 min lirə (30,7 min manat) dəyərində geyimin də Zərrab tərəfindən hədiyyə olunduğu bildirilir. Azərbaycanlı biznesmenin məşhur müğənniyə çoxlu brilliant zinət əşyaları da aldığı vurğulanıb.

Aktyor Kaan Yıldırım ilə eşq yaşayan Hadisə isə hələ ki, bu iddialar barədə açıqlama verməyib. //Oxu.az