Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

 08:29 18.04.2021     185

Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.

Redaktor.az bildirir ki, bu barədə Ukraynaın Rusiyadakı səfirliyi məlumat verib.

Bildirilib ki, müvəqqəti işlər vəkili Sankt-Peterburqda saxlanılan ukraynalı konsulla bağlı çağırılıb.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barədə məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb. Ukrayna XİN diplomatın artıq buraxıldığını və geri çağrılacağını bildirib. XİN sözçüsü bunu Rusiyanın təxribatı adlandırıb. //APA